Türkiyənin İzmir şəhərində 2 yaşlı Samet E., parkda oynayarkən psixoloji problemləri olduğu bildirilən A.B. tərəfindən təsadüfi olaraq sallanan bıçağın boğazına dəyməsi nəticəsində yaralanıb.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, uşaqların oynadığı parka gələn A.B. əlindəki bıçağı nizamsız şəkildə sağa-sola yelləyərək ətrafda böyük təşviş yaradıb.
Bu vaxt bıçaq zərbəsi təsadüfən balaca Sametin boğaz nahiyəsinə tuş gəlib.
Hadisədən sonra qaçan şübhəli polis tərəfindən saxlanılıb. Yaralı uşaq isə xəstəxanaya çatdırılıb, vəziyyətinin yaxşı olduğu bildirilib.
Hadisə ilə bağlı istintaq davam edir.