Türkiyədə oyun platformaları ilə bağlı yeni tənzimləmələr hazırlanıb.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, platformalar yaş kateqoriyasına uyğun qiymətləndirilməmiş oyunları təqdim edə bilməyəcək.
Uyğun olmayan məzmunların silinməsi və istifadəçilər üçün valideyn nəzarət alətlərinin təqdim olunması məcburi olacaq. Bu alətlər vasitəsilə valideynlər uşaqların oyun vaxtını və xərclərini nəzarətdə saxlaya biləcək.
Xarici oyun platformaları Türkiyədə fəaliyyət göstərmək üçün ölkə daxilində rəsmi nümayəndə təyin etməli və dövlət qurumlarının sorğularına vaxtında cavab verməlidir.
Qaydalara əməl etməyən platformalara 1 milyon lirədən 30 milyon lirəyə qədər cərimələr tətbiq oluna bilər. Tələblər yerinə yetirilmədiyi halda, platformaların internet sürəti də mərhələli şəkildə azaldıla bilər.