Azedu.az

15 yaşdan kiçiklər sosial mediadan istifadə edə bilməyəcək

3 Aprel 2026, 11:45
15 yaşdan kiçiklər sosial mediadan istifadə edə bilməyəcək

Türkiyədə sosial şəbəkələrlə bağlı yeni qaydaları nəzərdə tutan qanun layihəsi parlamentin komissiya mərhələsindən keçib. 

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, sosial şəbəkələr 15 yaşdan kiçik istifadəçilərə xidmət göstərə bilməyəcək. Platformalar yaşın yoxlanılması üçün xüsusi sistemlər tətbiq etməli olacaq.

15 yaşdan yuxarı istifadəçilər üçün isə daha təhlükəsiz rejim yaradılacaq. Bu çərçivədə valideyn nəzarəti gücləndiriləcək, istifadə müddətinə məhdudiyyət qoymaq və ödənişli xidmətləri yalnız valideyn icazəsi ilə aktivləşdirmək mümkün olacaq.

Bundan əlavə, sosial şəbəkələr aldatıcı reklamların qarşısını almağa borclu olacaq.

Gündəlik istifadəçi sayı 10 milyondan çox olan platformalar dövlət qərarlarını ən gec bir saat ərzində icra etməlidir. Əks halda, Bilgi Teknolojileri ve İletişim Kurumu (BTK) tərəfindən reklam qadağası, maliyyə məhdudiyyətləri və internet sürətinin azaldılması kimi sanksiyalar tətbiq edilə bilər.

Qanun qəbul olunduqdan sonra 6 ay ərzində qüvvəyə minəcək.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox