Azedu.az

Dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK

Xəbərlər

2 Aprel 2026, 22:18
Dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK

Azərbaycanda körpələr və erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalara dair sanitariya normaları və qaydaları hazırlanacaq.

AzEdu.az "Report"a istinadən xəbər verir ki, məqsəd uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviq olunmasıdır.

Qaydaların hazırlanmasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi may ayına kimi yekunlaşdırmalıdır.

Bundan başqa, ilin sonuna qədər AQTA və Səhiyyə Nazirliyi dövlət tərəfindən qida ilə təmin edilən uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlamalıdır.

Paşinyan özündən çıxdı - Putinin önündə qələmi masaya çırpdı
Son xəbərlərDaha çox