Azərbaycanın uzunmüddətli inkişaf prioritetləri çərçivəsində insan kapitalının formalaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyən olunub. Bu kontekstdə təqdim olunan “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası–2040” sənədi hədəflərin təhsil müstəvisində sistemli tətbiqini təmin edən mühüm platforma kimi çıxış edir.
Müasir dövrdə qloballaşma, rəqəmsallaşma və sosial transformasiyalar yeni çağırışlar yaradır. Dəyərlər sistemində zəifləmə, rəqəmsal davranış problemləri, nitq və oxu mədəniyyətinin geriləməsi təhsil sistemində mədəniyyətin yenidən düşünülməsini zəruri edir. Məhz bu baxımdan yeni konsepsiya növbəti müddətdə strateji baxışın əsas viziyon istiqaməti kimi çıxış edir.
Konsepsiyanın əsas ideyası mədəniyyəti ayrıca fənn kimi deyil, təhsilin bütün komponentlərinə nüfuz edən sistem kimi təqdim etməkdir. Bu yanaşma Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası–2040 sənədində vurğulanan mədəniyyətin cəmiyyətin bütün sahələrinə inteqrasiyası prinsipinə tam uyğundur.
Sənədin strateji məqsədi təhsil sistemində mədəniyyətin sistemli və ölçülə bilən şəkildə inteqrasiyasını təmin etməkdir. Bu isə 2040 konsepsiyasında nəzərdə tutulan:
kimi prioritetlərin təməlini təşkil edir.
Konsepsiya üç əsas sütun üzərində qurulub:
Bu model vasitəsilə 2040 baxışında nəzərdə tutulan mədəni və sosial kompetensiyaların erkən yaşlardan formalaşdırılması təmin olunur.
Eyni zamanda sənəd müasir dövrün əsas tələblərini də əhatə edir. Rəqəmsal mədəniyyət, media savadlılığı, tənqidi düşüncə və sosial-emosional bacarıqlar Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası–2040 sənədində qeyd olunan “yaradıcı və rəqabətqabiliyyətli cəmiyyət” modelinin əsas elementləridir.
Konsepsiyanın fərqli cəhətlərindən biri onun psixoloji inkişaf mərhələlərinə əsaslanmasıdır. Bu yanaşma insanın formalaşmasını yalnız akademik nəticələrlə deyil, dəyər və davranış sistemi ilə birlikdə inkişaf etdirir ki, bu da 2040 baxışının əsas fəlsəfəsi ilə üst-üstə düşür.
Bu yanaşmada təklif etdiyim “100 kitab və söz ehtiyatı” təşəbbüsü isə mədəni və intellektual inkişafın praktik alətlərindən biri kimi çıxış edir. Qeyd olunan layihə gənc nəslin nitq mədəniyyətini, düşünmə qabiliyyətini və qlobal rəqabətliliyini gücləndirir.
Nəticə etibarilə, bu konsepsiya yalnız təhsil sənədi deyil, Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası–2040 çərçivəsində Azərbaycanın gələcək mədəni və sosial inkişafını təmin edən strateji baxış və ona aparan yol kimi qiymətləndirilə bilər. Onun tətbiqi nəticəsində milli kimliyini qoruyan, qlobal düşünən, yaradıcı və sosial məsuliyyətli yeni nəsil formalaşacaq.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı