Azedu.az

17 yaşlı tələbə Harvarda qəbul oldu

Xəbərlər

2 Aprel 2026, 17:12
17 yaşlı tələbə Harvarda qəbul oldu

Türkiyədə 17 yaşlı Doruk Çağlı, Harvard University-dən Kompüter Elmləri ixtisası üzrə qəbul alıb.

AzEdu.az Haber Global-a istinadən xəbər verir ki, o, Harvardda süni intellekt və etik dəyərləri birləşdirərək texnologiyanı insanlıq naminə inkişaf etdirməyi hədəflədiyini bildirib.

Dorukun sözlərinə görə, onu fərqləndirən əsas xüsusiyyət “Hezarfen” – yəni müxtəlif sahələrə maraq göstərmək yanaşması olub. O, robototexnikanı seçməsinin səbəbini belə izah edib: bu sahə kompüter elmləri, riyaziyyat, biologiya, mexanika və hətta sosiologiyanı bir araya gətirir.

O, həmçinin bildirib ki, gələcəkdə yalnız akademik uğur deyil, sosial fayda da önəmlidir: “Dünyanı daha yaxşı yerə çevirmək istəyiriksə, vicdanımızın səsini dinləməliyik.”

Eyni məktəbdən digər şagirdlər də Imperial College London və Stanford University kimi nüfuzlu universitetlərə qəbul alaraq diqqət çəkiblər.

Paşinyan özündən çıxdı - Putinin önündə qələmi masaya çırpdı
Son xəbərlərDaha çox