Azedu.az

AzMİU dizayn təhsili üzrə dünyanın 250 ən yaxşı universitetindən biridir

Xəbərlər

2 Aprel 2026, 13:15
AzMİU dizayn təhsili üzrə dünyanın 250 ən yaxşı universitetindən biridir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2026-cı il üzrə “QS Subject Rankings” reytinqində “İncəsənət və Dizayn” sahəsi üzrə dünyanın ən yaxşı universitetləri sırasında yer alması universitetin bu istiqamətdə uzun illər ərzində formalaşdırdığı elmi-pedaqoji potensialın və strateji inkişaf xəttinin mühüm nəticəsidir.

AzEdu.az xəbər verir ki, AzMİU bu nüfuzlu beynəlxalq reytinqdə dizayn sahəsi üzrə Azərbaycandan yer alan yeganə ali təhsil müəssisəsi olmaqla yanaşı, ölkədə bu istiqamət üzrə lider mövqeyini bir daha təsdiqləyib. Universitetin 201–250 aralığında qərarlaşması onu dünya üzrə ən yaxşı 250 universitet sırasına daxil edir ki,
bu da əldə olunan nəticənin yüksək göstəricisidir.

Qeyd etmək lazımdır ki, AzMİU-da dizayn təhsili sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilib. Hələ 1994-cü ildən etibarən bu sahədə elmi- pedaqoji kadr potensialı formalaşdırılmış, 1998-ci ildən isə dizayn ixtisası üzrə peşəkar kadr hazırlığına başlanılmışdır. Bu illər ərzində yaradılan akademik baza və tətbiq olunan müasir tədris yanaşmaları ölkədə dizayn təhsilinin inkişafında mühüm rol oynayıb.

2024-cü ildən etibarən universitetdə müstəqil Dizayn fakültəsinin yaradılması ilə bu istiqamət yeni inkişaf mərhələsinə qədəm qoyub. Fakültədə beynəlxalq standartlara uyğun, praktik və innovativ yanaşmalara əsaslanan tədris prosesi təşkil olunur, tələbələrin yaradıcılıq potensialının inkişafına xüsusi diqqət yetirilir.

AzMİU-nun dizayn sahəsində beynəlxalq əməkdaşlıq imkanları da genişdir. Universitet Avropanın aparıcı ali təhsil müəssisələri ilə ikili diplom proqramları həyata keçirir, tələbələrə beynəlxalq akademik mühitdə təhsil almaq və təcrübə qazanmaq imkanı yaradır. Bununla yanaşı, universitetdə fəaliyyət göstərən İtaliya–Azərbaycan Dizayn Mərkəzi bu sahədə xüsusi əhəmiyyətə malikdir. Mərkəz İtaliyanın qabaqcıl

Azərbaycandan qalxan təyyarəni İsrail vurdu? - DƏHŞƏTLİ İDDİA
Son xəbərlərDaha çox