Azedu.az

Sumqayıtda 5 azyaşlı dəm qazından zəhərləndi

Xəbərlər

2 Aprel 2026, 12:29
Sumqayıtda 5 azyaşlı dəm qazından zəhərləndi

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində bir ailə üzvlərinin dəm qazından zəhərlənmə hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki,hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakinləri – 2015-ci il təvəllüdlü Cəbrayılov Cəbrayıl Kamil oğlu, 2018-ci il təvəllüdlü Cəbrayılov Məhəmməd Kamil oğlu, 2019-cu il təvəllüdlü Cəbrayılov Həmzə Kamil oğlu, 2021-ci il təvəllüdlü Cəbrayılova Ayişə Kamil qızı və 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət Kamil qızı yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycandan qalxan təyyarəni İsrail vurdu? - DƏHŞƏTLİ İDDİA
Son xəbərlərDaha çox