Azedu.az

Beton parçası 6 yaşlı uşağı öldürdü

AzEdu Təhsil Platforması

2 Aprel 2026, 09:55
Beton parçası 6 yaşlı uşağı öldürdü

Türkiyənin İstanbul şəhərinin Zeytinburnu rayonunda sökülən binadan qopan beton parçası anası ilə birlikdə səkidə hərəkət edən 6 yaşlı qızın başına düşüb.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, ağır xəsarət alan uşaq dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görərək araşdırmalara başlayıblar. İlkin araşdırmalar nəticəsində 3 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Rusiya ALOV İÇİNDƏ - Zavodlar yanır, əhali təxliyə edilir
Son xəbərlərDaha çox