Azedu.az

 Baba və ikiyaşlı nəvəsi yanğında ölüb

Xəbərlər

1 Aprel 2026, 14:32
 Baba və ikiyaşlı nəvəsi yanğında ölüb

Masallı rayonunda fərdi yaşayış evi yanaraq kül olub.

AzEdu.az xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Təxminən 200 kvadratmetrlik evdə baş verən alovlanma qısa müddətdə genişlənib və nəticədə 1967-ci il təvəllüdlü Camələddin Həsənağa oğlu Abdullayev (baba) və onun ikiyaşlı nəvəsi Məhərrəm Mehman oğlu Məmmədzadə faciəli şəkildə ölüblər.

Yanğın yerinin kəşfiyyatı zamanı hər iki şəxsin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

 

 

Trampdan MƏHV EDİN! əmri - Ordusu İranı darmadağın edir
Son xəbərlərDaha çox