Azedu.az

Çörək almağa gedən yeniyetmə amansızca döyüldü

Xəbərlər

1 Aprel 2026, 13:11
Çörək almağa gedən yeniyetmə amansızca döyüldü

İstanbulun Esenyurt rayonunda ailəsinin çörək almağa göndərdiyi 14 yaşlı yeniyetmə motokuryerlər tərəfindən fiziki zorakılığa məruz qalıb.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində uşağın bədənində çoxsaylı xəsarət izləri yaranıb və barmağı sınıb.

Uşağın ailəsi hadisə yerinə gələn zaman motokuryerlər ərazidən qaçıblar. Faktla bağlı dərhal polisə məlumat verilib.Təhlükəsizlik kameralarının görüntülərini araşdıran hüquq-mühafizə orqanları uşağın hər hansı bir oğurluq törətmədiyini müəyyən ediblər. 

Faktla bağlı araşdırmalar aparılır.

Trampdan MƏHV EDİN! əmri - Ordusu İranı darmadağın edir
Son xəbərlərDaha çox