Azedu.az

Emin Əmrullayev Qusarda vətəndaşları qəbul edəcək

Xəbərlər

1 Aprel 2026, 12:26
Emin Əmrullayev Qusarda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 17 aprel tarixində Qusar şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri 10 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür. Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Trampdan MƏHV EDİN! əmri - Ordusu İranı darmadağın edir
Son xəbərlərDaha çox