Azedu.az

Fransa yeniyetmələr üçün sosial media qadağasını qəbul edib

Xəbərlər

1 Aprel 2026, 10:43
Fransa yeniyetmələr üçün sosial media qadağasını qəbul edib

Fransa Senatı 15 yaşdan kiçiklər üçün müəyyən şərtlər daxilində sosial media istifadəsini məhdudlaşdıran qanun layihəsini qəbul edib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə keçirilən Senat Baş Assambleyasında müzakirə edilən layihəyə əsasən, 15 yaşdan kiçiklər sosial media platformalarına yalnız xüsusi şərtlərlə daxil ola biləcəklər.

Həmçinin platformalar istifadəçilərin yaşını yoxlamalıdır. Digər hallarda 15 yaşdan kiçiklərin sosial mediaya girişi ən azı bir valideynin icazəsinə bağlı olacaq.

Layihə bundan sonra senator və deputatlardan ibarət qarışıq komissiyada müzakirəyə çıxarılacaq. Orada tərəflər ortaq mətn üzərində razılığa gəlməyə çalışacaqlar. Fransada qanun layihəsinin qəbul edilməsi üçün həm Senat, həm də Milli Assambleya eyni mətn üzərində razılaşmalıdır.

Qeyd edək ki, Milli Assambleya 26 yanvarda qəbul etdiyi variantda 15 yaşdan kiçiklər üçün sosial media qadağasını bütün platformalara şamil etməyi nəzərdə tuturdu. Senat isə qadağanı qismən və müəyyən şərtlərlə tətbiq etməyi üstün tutub.

Trampdan MƏHV EDİN! əmri - Ordusu İranı darmadağın edir
Son xəbərlərDaha çox