NASA 50 ildən çox fasilədən sonra insanlığı yenidən Ay’a göndərməyə hazırlaşır.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Apollo 17 missiyasından bəri ilk insanlı Ay uçuşunu təmsil edən Artemis 2 üçün hazırlıqlar artıq yekun mərhələyə çatıb.
Artemis 2, Space Launch System raketi və Orion kapsulunun ilk insanlı sınaq uçuşu olacaq. Komanda Ay səthinə eniş etməyəcək, lakin uçuş zamanı Ayın uzaq tərəfinə qədər irəliləyərək indiyədək əldə olunmayan görüntülər təqdim edəcək.
Təxminən 10 gün davam edəcək Artemis 2 missiyası gələcəkdə planlaşdırılan Ay enişləri üçün mühüm mərhələ sayılır. NASA Artemis proqramı çərçivəsində yaxın illərdə insanları yenidən Ay səthinə endirməyi və daha uzaq hədəf kimi Mars missiyalarını reallaşdırmağı planlaşdırır.