Azedu.az

Həsən Həsənli Şamaxıda vətəndaşları qəbul edəcək

Xəbərlər

Dağlıq Şirvan

31 Mart 2026, 14:37
Həsən Həsənli Şamaxıda vətəndaşları qəbul edəcək

Elm və təhsil nazirinin müavini Həsən Həsənli 8 aprel tarixində Şamaxı şəhərində vətəndaşları qəbul edəcək.

AzEdu.az xəbər verir ki, qəbulda Şamaxı və Ağsu sakinləri iştirak edə bilərlər.  

Adları çəkilən rayonların sakinləri 6 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
 
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Trampdan MƏHV EDİN! əmri - Ordusu İranı darmadağın edir
Son xəbərlərDaha çox