Yeniyetmələrin qidalanma vərdişləri onların psixi sağlamlığına ciddi təsir göstərə bilər.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni araşdırmaya görə, daha sağlam qidalanan gənclərdə depressiya əlamətləri daha az müşahidə olunub, zəif qidalanma isə psixoloji gərginliyin artması ilə əlaqələndirilib.
Swansea University tədqiqatçıları tərəfindən aparılan və Nutrients jurnalında dərc olunan icmalda 19 fərqli araşdırmanın nəticələri təhlil edilib.
Alimlər bildirir ki, balanslı və sağlam qidalanma yeniyetmələrin beyin inkişafı dövründə psixi rifahına müsbət təsir göstərə bilər. Bununla belə, mütəxəssislər qeyd edirlər ki, qidalanma ilə psixi sağlamlıq arasındakı əlaqəni tam anlamaq üçün daha geniş tədqiqatlara ehtiyac var.
Araşdırma müəllifləri gələcəkdə bu sahədə daha dərin elmi işlərin aparılmasının vacibliyini vurğulayırlar.