Azedu.az

Düşüncə ilə idarə olunan robot-it təqdim edildi

Xəbərlər

30 Mart 2026, 09:04
Düşüncə ilə idarə olunan robot-it təqdim edildi

Çində Szyaotun Universitetinin alimləri robot-itin düşüncə ilə idarə olunmasına imkan verən sistem hazırlayıblar.

AzEdu.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, texnologiya qeyri-invaziv "beyin-kompüter" interfeysinə əsaslanır və insanın beyin siqnallarını oxuyaraq onları komandaya çevirir.

Məlumata görə, robot hazırda 11 sadə əmri (irəli, geri, dönmə və s.) 95%-dən çox dəqiqliklə yerinə yetirir və reaksiya müddəti təxminən bir saniyədir.

Alimlər bildirirlər ki, bu texnologiya gələcəkdə reabilitasiya, yaşlılara qulluq və hərəkət məhdudiyyəti olan şəxslərə yardım sahəsində istifadə oluna bilər.

İrana amansız hücum - Böyük şəhərlər BOMBARDMAN EDİLİR
Son xəbərlərDaha çox