Azedu.az

Universitetlər təhdidlər səbəbilə onlayn təhsilə keçdi

Xəbərlər

30 Mart 2026, 09:00
Universitetlər təhdidlər səbəbilə onlayn təhsilə keçdi

Yaxın Şərqdə bir sıra universitetlər İran tərəfindən səsləndirilən təhdidlər fonunda onlayn təhsilə keçiblər.

AzEdu.az CNN-ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran universitetlərinə hücumlara cavab olaraq ABŞ və İsraillə əlaqəli ali məktəblərə zərbə endirə biləcəyini bəyan edib.

Məlumata görə, Amerika Universiteti Beyrutda bu gündən etibarən tam distant təhsilə keçəcəyini açıqlayıb. Livan-Amerika Universiteti də analoji qərar qəbul edib.

Bundan əlavə, Corctaun Universiteti, Texas A&M Universiteti və Virciniya Ştat Universitetinin İncəsənət Məktəbinin Qətərdəki filialları təhsilin növbəti göstərişədək onlayn formatda davam edəcəyini bildiriblər. Həmçinin Küveyt, Dubay və Rəs əl-Xaymadakı Amerika universitetləri də ayın əvvəlindən distant təhsilə keçiblər.

İrana amansız hücum - Böyük şəhərlər BOMBARDMAN EDİLİR
Son xəbərlərDaha çox