Azedu.az

Fizika sahəsi üçün təhlükə siqnalı

Xəbərlər

29 Mart 2026, 13:08
Fizika sahəsi üçün təhlükə siqnalı

Tanınmış britaniyalı fizik Brian Cox bildirib ki, Böyük Britaniya-da elmi tədqiqatlara ayrılan büdcənin ciddi şəkildə azaldılması gələcək üçün “təhlükəli siqnal”dır.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, planlaşdırılan maliyyə ixtisarları bəzi sahələrdə 70 faizə qədər azalma ilə nəticələnə bilər. Bu isə universitetlərdə fəaliyyət göstərən laboratoriyaların bağlanmasına, elmi layihələrin yarımçıq qalmasına və gənc tədqiqatçıların bu sahədən uzaqlaşmasına səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, fizika yalnız nəzəri elm deyil, həm də bir çox texnoloji inkişafın əsasını təşkil edir. Xüsusilə kvant texnologiyaları, tibbi görüntüləmə sistemləri və kosmik araşdırmalar kimi sahələr birbaşa fizika elminin inkişafından asılıdır. Bu istiqamətdə maliyyənin azalması isə uzunmüddətli perspektivdə innovasiyaların zəifləməsinə gətirib çıxara bilər.

Alimlər hökumətləri elmi tədqiqatlara daha çox dəstək verməyə çağırır və bildirirlər ki, bu gün edilən qənaət gələcəkdə daha böyük itkilərlə nəticələnə bilər. Onların fikrincə, elmə qoyulan investisiya yalnız bu gün üçün deyil, gələcək nəsillərin inkişafı üçün həyati əhəmiyyət daşıyır.

TƏCİLİ! Orduya əmr verildi - İrana hücum başlayır
Son xəbərlərDaha çox