Azedu.az

"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF

Xəbərlər

28 Mart 2026, 11:04
"Uşaq 3 yaşından etibarən təhsilə başlamalıdır"-TƏKLİF

Təklif edirəm ki, uşaq 3 yaşından etibarən təhsilə başlasın.

Bu sözləri Təhsil TV-ə açıqlamasında Əməkdar müəllim Almaz Əsgərova söyləyib. 

O, qeyd edib ki, biz tamamilə yeni metodologiya hazırlamalıyıq:

Bu gün əgər 2 yaşından telefonla oynayan uşaq 6 yaşında məktəbə gəlirsə, o, özü ilə birgə müəyyən problemlər gətirir.  Onun beyni artıq telefona uyğunlaşmış olur. O, telefonda gördükləri və öyrəndiklərini düşünür. Müəllim isə ona 2+2-ni toplamağı, A və B hərflərini yazmağı öyrətməyə çalışır. Burada nə qədər böyük bir ziddiyyət olduğu açıq görünür.

Uşaq 3 yaşına qədər uşaq kimi qəbul olunur. 3 yaşından sonra isə onun düşüncəsi inkişaf etməyə başlayır, idraki dərk prosesi sürətlənir. Mən təklif edirəm ki, uşaq 3 yaşından etibarən təhsilə başlasın.

3 yaşdan başlayan təhsil, ilk növbədə, bağça problemini həll edə bilər. Bununla yanaşı, biz tamamilə yeni metodologiya hazırlamalıyıq. Əzbərlətmək təhsil deyil. Məsələn, “5 səhifə nağılı öyrən, gəl mənə danış” demək təhsil sayılmır. Eyni zamanda, müəllimin suallarına mexaniki şəkildə cavab vermək də təhsil deyil.

TƏCİLİ! Orduya əmr verildi - İrana hücum başlayır
Son xəbərlərDaha çox