Azedu.az

Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ

Xəbərlər

26 Mart 2026, 16:44
Azərbaycan təhsili dünyada neçəncidir? - REYTİNQ

Dünyanın 89 ölkəsini əhatə edən son təhsil reytinqində Azərbaycan 67-ci pillədə qərarlaşıb.

AzEdu.az “U.S news”a istinadən xəbər verir ki, Avropa və Şimali Amerikada yaşayan 17 min respondetin iştirak etdiyi sorğuda ölkəmiz 2023-cü illə müqayisədə bir pillə geriləyərək 66-cı yerdən 67-ci yerə düşüb. 

Reytinqin ilk onluğunda ABŞ, Böyük Britaniya, Almaniya, Kanada, Fransa, İsveçrə, Yaponiya, Avstraliya, İsveç və Danimarka qərarlaşıb. 

Son 10-luqda isə əsasən inkişaf etməkdə olan ölkələr yer alır: Honduras (89), Qvatemala (88), Zimbabve (87), Özbəkistan (86), Kamboca (85), Myanma (84), Banqladeş (83), Kamerun (82), Panama (81) və Qazaxıstan (80). 

MDB məkanında Azərbaycanın mövqeyi orta səviyyədə qiymətləndirilə bilər. Belə ki, Rusiya 24-cü, Ukrayna 53-cü, Belarus 63-cü yerdə qərarlaşıb və Azərbaycan onlardan geri qalır. Lakin Qazaxıstan (80) və Özbəkistan (86) isə siyahının aşağı hissəsində yer alaraq Azərbaycandan geri qalır.

Türk dövlətləri arasında isə fərqli nəticələr müşahidə olunur. Türkiyə 31-ci pillədə qərarlaşaraq regionda liderdir. Qazaxıstan və Özbəkistan isə son sıralarda yer alır. Siyahıda Qırğızıstan və Türkmənistana yer verilməyib.

Ümumilikdə, Azərbaycan qlobal reytinqdə orta mövqedə qərarlaşsa da, inkişaf etmiş ölkələr və Şərqi Avropa ilə müqayisədə geri qalır. Bununla belə, bir sıra inkişaf etməkdə olan ölkələrlə müqayisədə daha yaxşı nəticə nümayiş etdirir və bu sahədə potensialın mövcud olduğunu göstərir.

(Modern.az)

TƏCİLİ! Orduya əmr verildi - İrana hücum başlayır
Son xəbərlərDaha çox