Azedu.az

İranda 10 yaşlı uşaq partlayış səsindən vəfat edib

Xəbərlər

25 Mart 2026, 10:07
İranda 10 yaşlı uşaq partlayış səsindən vəfat edib

İranın Yezd şəhərində ABŞ və İsrail tərəfindən həyata keçirildiyi iddia olunan hücum zamanı yaranan güclü partlayış səsi 10 yaşlı qızın ölümünə səbəb olub.

AzEdu.az xəbər verir ki, Fars xəbər agentliyinin yaydığı məlumata görə, azyaşlının ölümünə səbəb partlayışın yaratdığı güclü səs dalğası nəticəsində yaşanan şok və psixoloji stress olub.

Rəsmilər qeyd ediblər ki, hücumdan sonra yaranan güclü səs dalğası bölgədə yaşayan mülki şəxslərə ciddi psixoloji təsir göstərib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Sərhədimizə ŞOK HÜCUM - İran koordinatları verdi?
Son xəbərlərDaha çox