Azedu.az

Yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ

AzEdu Təhsil Platforması

24 Mart 2026, 16:07
Yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarının bəzi yerlərində martın 25-dən 30-u səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox