Azedu.az

Futzal üzrə “Novruz kuboku” başa çatıb

Xəbərlər

13 Mart 2026, 10:26
Futzal üzrə “Novruz kuboku” başa çatıb

Martın 12-də ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Novruz kuboku” adlı regional futzal turnirinə yekun vurulub. Oyunlar 2 qrup üzrə Şirvan və Gəncə şəhərlərində keçirilib.

AzEdu.az xəbər verir ki, Qərb bölgəsi üzrə Gəncə İdman Olimpiya Kompleksində keçirilən oyunlarda Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci Mingəçevir Turizm Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci və Şəki Dövlət Regional Kollecinin komandaları iştirak edib. 

Keçirilən oyunların nəticələrinə əsasən Azərbaycan Dövlət Aqrar Universiteti 1-ci yerin, Gəncə Dövlət Universiteti 2-ci yerin, Mingəçevir Dövlət Universitetinin komandası 3-cü yerin qalibi olub. 

Qeyd edək ki, turnirə 4 mart tarixində start verilmiş, ümumilikdə 13 komanda iştirak etmişdir.

Turnir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilib.

Turnirin keçirilməsində məqsəd Azərbaycan Tələbə Liqasında çıxış etməyən Bakının, eləcə də bölgələrdəki ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin futzala marağını artırmaq, onlar arasında futzal idman növünün təbliğ edilməsi, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.

Xamenei xalqa ilk çağırışını belə etdi - Qisas alınacaq!
Son xəbərlərDaha çox