Azedu.az

Hikmət Məmmədov: İbtidai təhsil mütləq ana dilində aparılmalıdır

Xəbərlər

11 Mart 2026, 16:53
Hikmət Məmmədov: İbtidai təhsil mütləq ana dilində aparılmalıdır

“Məktəblərdə uşaqların sağlam inkişafı məsələsinə xüsusi diqqət yetirilməlidir".

AzEdu.az xəbər verir ki, bu fikrirləri Milli Məclisin deputatı Hikmət Məmmədov Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə keçirilən “Məktəb ictimai müzakirədə” layihəsinin “İctimai müzakirə: Məktəb gündəliyi” adlı tədbirində çıxışı zamanı səsləndirib.

Deputat bildirib ki, məktəblərdə şagirdlərin fiziki inkişafı ilə bağlı tətbiq olunan qaydalar və vasitələr onların normal inkişafına mane olmamalıdır:

“Bu məsələlər akademik çevrələrdə, həkimlər və digər mütəxəssislərlə birlikdə ciddi şəkildə müzakirə olunmalı və razılaşdırılmalıdır. Dünyada bir çox xalqlarda fiziki inkişaf göstəriciləri artmaqdadır və bu istiqamətdə Azərbaycanda da müsbət nəticələr əldə olunmalıdır".

Onun fikrincə, uşaqlar həm fiziki cəhətdən sağlam, həm də güclü şəkildə inkişaf etməlidir:

"İbtidai siniflərdə tədrisin ana dilində aparılması vacibdir. Sonradan şagirdlər başqa dillərdə, məsələn, türk, ingilis və ya digər dillərdə təhsil almaq istəyə bilərlər. Lakin ilkin baza mütləq ana dilində formalaşmalıdır. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda düşüncə sisteminin və yaddaşın formalaşmasının əsasını təşkil edir", - deyə o bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan dili milli təfəkkürün daşıyıcısıdır və insanların sosial identikliyinin formalaşmasında mühüm rol oynayır:

Onun sözlərinə görə, ana dilindən kənarda formalaşan düşüncə müəyyən hallarda milli kontekstdə bütövlüyünü itirə bilər.

"Bu məsələlər cəmiyyət həyatında, müşahidələrdə və müxtəlif təcrübələrdə də özünü göstərir. İnsan milli-mənəvi bağlılıqdan uzaq düşdükdə müəyyən mənada mənəvi boşluq yarana bilər".

Deputat çıxışında yeni elmi istiqamətlərə də diqqət çəkib. O bildirib ki, psixolinqvistika kimi sahələr göstərir ki, insanın danışığı, səsi və fonetik mühiti onun psixologiyasına birbaşa təsir edir. Bu baxımdan dil mühitinin və danışıq tərzinin insanın dünyanı qavramasına və özünü dərk etməsinə təsiri qeyd olunub.

ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var
Son xəbərlərDaha çox