Azedu.az

Təhsil yalnız məktəbin işi deyil, bu, milli məsələdir - Deputat

Xəbərlər

11 Mart 2026, 15:40
Təhsil yalnız məktəbin işi deyil, bu, milli məsələdir - Deputat

 

“Təhsil yalnız bir sahənin işi deyil, bu, milli məsələdir".

AzEdu.az xəbər verir ki, bu fikri Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının birgə dəstəyi ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində təşkil olunan “İctimai müzakirə: Məktəb gündəliyi” adlı tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.

Deputat qeyd edib ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən qardaş Türkiyədə təhsil və müdafiə məsələləri iki əsas qurum tərəfindən idarə olunur: Milli Təhsil Nazirliyi və Milli Müdafiə Nazirliyi. Bu da göstərir ki, təhsil birbaşa cəmiyyətin və dövlətin gələcəyi ilə bağlıdır.

“Buna görə də təhsil sahəsində əldə olunan uğurlar və qarşılaşılan problemlər yalnız məktəblərin deyil, bütün cəmiyyətin məsuliyyətidir. Sovet dövründə tez-tez belə bir yanaşma vardı ki, uşağın tərbiyəsi tamamilə məktəbin üzərinə düşür. Bu yanaşma doğru deyildi, çünki uşaq həm məktəbin, həm də valideynlərin qayğısına ehtiyac duyur”.

Deputat əlavə edib ki, vətənpərvər, məsuliyyətli və cəmiyyət üçün faydalı gənclər yetişdirmək üçün ailənin də rolu böyükdür:

“Güclü ailə, düzgün tərbiyə və keyfiyyətli təhsil birlikdə olduqda yaxşı nəticələr verir”, - deyə o bildirib.

ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var
Son xəbərlərDaha çox