Azedu.az

Ötən il 198 uşaqda vərəmə yoluxma halı aşkarlanıb

Xəbərlər

11 Mart 2026, 15:19
Ötən il 198 uşaqda vərəmə yoluxma halı aşkarlanıb

Azərbaycanda 2025-ci ildə 198 uşaqda vərəmə yoluxma halı aşkarlanıb.

AzEdu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.

Onun sözlərinə görə, Azərbaycanda vərəmə yoluxmada müsbət göstərici müşahidə olunur: "Əgər 2015-ci ildə 436 uşaqda aktiv vərəm xəstəliyi aşkarlanırdısa, 2025-ci ildə bu say 198-ə düşüb".

İ.Axundova onu da qeyd edib ki, 10 il bundan əvvəl hər min nəfərdə 45-42 vərəm faktı aşkarlanırdısa, 2025-ci ildə bu say 21-25-dir.

ABŞ-dən şok etiraf - İran qarşısında dəhşətli itkilərimiz var
Son xəbərlərDaha çox