Azedu.az

Sumqayıtda 23 nömrəli orta məktəbə lisey statusu verilib

Xəbərlər

11 Mart 2026, 13:51
Sumqayıtda 23 nömrəli orta məktəbə lisey statusu verilib

Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilərək 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib.

AzEdu.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, dəyişikliklə əlaqədar liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb.

Həmçinin liseyə şagird qəbulu yalnız VII sinifdən etibarən mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək.

İranda vətəndaşlara şok XƏBƏRDARLIQ - Hər kəsi ö*ldürəcəyik!
Son xəbərlərDaha çox