Azedu.az

10 yaşlı dahinin böyük uğuru: Riyaziyyatdan dünya birincisi oldu

Xəbərlər

10 Mart 2026, 14:56
10 yaşlı dahinin böyük uğuru: Riyaziyyatdan dünya birincisi oldu

Türkiyəli 10 yaşlı şagird Lina Saka riyaziyyat sahəsində qazandığı uğurla beynəlxalq səviyyədə diqqət çəkib.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, ABŞ-da keçirilən Amerikan Riyaziyyat Olimpiadasında Türkiyə birincisi olub.

Lina Saka daha sonra 153 ölkədən iştirakçıların iştirak etdiyi STEM Olimpiadasının riyaziyyat kateqoriyasında da böyük uğur əldə edib. Gənc şagird imtahanda maksimum nəticə – 100 bal toplayaraq dünya birincisi olub.

Uğurlu nəticədən sonra Lina Saka növbəti mərhələdə Türkiyəni beynəlxalq finalda təmsil etmək hüququ qazanıb. Final mərhələsinin İtaliyada keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Lina Sakanın bu uğuru həm Türkiyədə, həm də beynəlxalq təhsil ictimaiyyətində böyük maraq doğurub. Onun gələcəkdə riyaziyyat və elm sahəsində daha böyük nailiyyətlər əldə edəcəyi gözlənilir.

Son dəqiqə! Xameneinin oğlu da ö*ldürüldü - Şok iddia
Son xəbərlərDaha çox