Azedu.az

Devlet Bahçeli: İnsanlar uşaqlara da həssas olmalıdır

Xəbərlər

10 Mart 2026, 15:40
Devlet Bahçeli: İnsanlar uşaqlara da həssas olmalıdır

Türkiyənin MHP lideri Devlet Bahçeli son vaxtlar sosial mediada gündəmə gələn pinqvin videosuna diqqət çəkərək, dünyanın müxtəlif bölgələrində uşaqların yaşadığı faciələrə insanların eyni həssaslığı göstərmədiyini vurğulayıb.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri o, partiyanın qrup iclasında çıxışı zamanı səsləndirib.

Bahçeli bildirib ki, 2026-nın ilk aylarında koloniyasından ayrılan bir pinqvinin videosu hər kəsin gündəminə düşmüşdü. O pinqvin üçün kədərlənənlərə soruşuram: Qəzzada soyqırıma məruz qalan 50 000 uşağın və İranda sayı 300-ü aşan uşaqların dramı bir pinqvin qədər önəmli deyilmi?

Onun sözlərinə görə, insanlar heyvanlara göstərdikləri həssaslığı insani faciələrə də göstərməlidirlər. Bahçeli qeyd edib ki, bu çıxışı ilə dünya ictimaiyyətinin diqqətini bu məsələyə çəkmək və uşaqların yaşadığı ağır vəziyyətlərin görünməz qalmamasını önləmək istəyir.

Son dəqiqə! Xameneinin oğlu da ö*ldürüldü - Şok iddia
Son xəbərlərDaha çox