Azedu.az

Günəşdə güclü partlayış baş verib

Xəbərlər

10 Mart 2026, 12:37
Günəşdə güclü partlayış baş verib

Martın 10-da gecəyarısı Günəşdə son iki həftədə ən güclü partlayış baş verib, buna baxmayaraq, kosmik havanın ümumi fonunda əhəmiyyətli dəyişikliklər müşahidə olunmayıb.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun "Telegram" kanalında məlumat verilib.

Qeyd olunub ki, hadisə Günəşin sol tərəfində lokallaşıb. Buna görə də belə yerləşmə halında geomaqnit nəticələri olmayacaq.

Rusiyalı astronomlar vurğulayıblar ki, martın 10-da geomaqnit dalğalanmalarının başvermə ehtimalı çox deyil. Və belə kosmik sakitlik martın 14-nə qədər davam edəcək. Bundan sonra elə indi formalaşma prosesi gedən yeni koronal dəlik Yerə öz təsirini göstərəcək.

TƏCİLİ! Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı
Son xəbərlərDaha çox