Azedu.az

Deputat: "Dövlətin xaricdə təhsil üçün ayırdığı vəsait  bir əmanətdir"

Xəbərlər

10 Mart 2026, 11:39
Deputat: "Dövlətin xaricdə təhsil üçün ayırdığı vəsait  bir əmanətdir"

"Son vaxtlar cənab Prezidentin müvafiq tapşırıqlarına əsasən yeni universitetlər yaradılır, mövcud ali təhsil müəssisələrinin infrastrukturu yenilənir".


AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbirdə çıxışı zamanı qeyd edib.


"Artıq ölkəmizdə bir sıra beynəlxalq universitet layihələri fəaliyyət göstərir. Məsələn, Azərbaycan Universiteti var, eyni zamanda bilirsiniz ki, İtaliya-Azərbaycan Universiteti yaradılıb. Bununla yanaşı, Fransız-Azərbaycan Universiteti də fəaliyyət göstərir. Lakin bununla paralel olaraq çox önəmli istiqamətlərdən biri də gənclərimizin xaricdə təhsil alması üçün yaradılan imkanlardır. 

Qeyd olunduğu kimi dünyanın bir çox ölkəsində belə geniş imkanlar mövcud deyil. Bu, dövlətimizin gənclər üçün yaratdığı böyük bir fürsət və imkandır. Biz adətən təhsildən danışanda deyirik ki, ya dövlət hesabına, ya da gənclərin öz hesabına təhsil almaq mümkündür. 

Mən isə həmişə qeyd edirəm ki, əslində ödənişsiz təhsil yoxdur. Sadəcə olaraq bir halda vəsaiti tələbənin özü ödəyir, digər halda isə bu vəsaiti dövlət qarşılayır. Dövlətin ayırdığı həmin vəsait isə əslində bir növ əmanətdir.
Yəni dövlət müxtəlif sahələrdən vəsait ayırır ki, siz xaricdə təhsil alasınız, savadlı və bilikli mütəxəssis kimi ölkəyə qayıdaraq dövlətimizin və dövlətçiliyimizin inkişafına töhfə verəsiniz.

Dünyada elə bir ölkə yoxdur ki, təhsilə, savada və biliyə önəm vermədən inkişaf edə bilsin. Bu, çox vacib məqamdır. Bu gün dünyanın ən inkişaf etmiş universitetləri də məhz ən inkişaf etmiş ölkələrdə yerləşir".

TƏCİLİ! Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı
Son xəbərlərDaha çox