Azedu.az

Masallıda qəza: 21 yaşlı gənc həyatını itirdi

Xəbərlər

9 Mart 2026, 12:47
Masallıda qəza: 21 yaşlı gənc həyatını itirdi

Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb.

AzEdu.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndlərində baş verib.

Masallı rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobil yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində sürücü O. Zamanov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Təcili! İran Türkiyəni ballistik raketlə vurdu - Ordu hərəkətə keçir?
Son xəbərlərDaha çox