Bursanın İnegöl rayonunda sürücünün əyləci çəkməyi unutduğu avtomobil sürətlə səkidə əl-ələ tutaraq gedən baba Piri Durgut (70) və iki nəvəsini əzib.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı 11 yaşlı Öykü Durgut həlak olub, 13 yaşlı qardaşı və babası isə yaralanıb.

Avtomobil piyadaları vurduqdan sonra binanın divarına və dirəyə çırpılıb dayanıb.
Qəza bir yaşayış binasının təhlükəsizlik kamerasına da düşüb. Sürücü polis tərəfindən saxlanılıb, hadisə ilə bağlı istintaq davam edir.