Azedu.az

Çində “beyin-kompüter” texnologiyası istifadəyə verilə bilər

Xəbərlər

9 Mart 2026, 09:42
Çində “beyin-kompüter” texnologiyası istifadəyə verilə bilər

Çində "beyin-kompüter" neyrointerfeyslərinin yaxın 3-5 il ərzində geniş istifadəyə verilə biləcəyi bildirilib.

AzEdu.az xəbər verir ki, məlumatı Ferra.ru yayıb.

Çinin Siçuan Beyin Elmləri İnstitutunun direktoru Yao Dejunun sözlərinə görə, texnologiya inkişaf etdikcə bu sistemlər tədricən əhalinin istifadəsinə veriləcək.

Qeyd olunur ki, ölkənin yeni beşillik iqtisadi inkişaf planında neyrointerfeyslər kvant texnologiyaları, 6G rabitəsi və termonüvə sintezi ilə yanaşı gələcəyin əsas sahələrindən biri kimi göstərilib.

Hazırda Çində invaziv neyrointerfeyslər üzrə ondan çox klinik sınaq aparılır və bu göstəriciyə görə ölkə ABŞ ilə eyni səviyyəyə çatıb. Bu il isə 50-dən çox pasiyentin sınaqlara cəlb olunması planlaşdırılır.

Təcili! İran Türkiyəni ballistik raketlə vurdu - Ordu hərəkətə keçir?
Son xəbərlərDaha çox