Azedu.az

Yeniyetmələr arasında Avropa Kubokuna start verilib

AzEdu Təhsil Platforması

8 Mart 2026, 12:17
Yeniyetmələr arasında Avropa Kubokuna start verilib

Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.

AzEdu.az xəbər verir ki, ilk yarış günündə milli komandamızın bir üzvü fəxri kürsüyə qalxıb.

48 kq çəki dərəcəsində tatamiyə çıxan Könül Eyvazlı üçüncü yeri tutub. O, həlledici görüşdə yerli idmançı Büşra Ceylin Çoşkuna qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, turnirdə 21 ölkədən 550 cüdoçu qüvvəsini sınayır.

Rusiyada PANİKA! Ukraynadan şok zərbələr- Əhali hava limanına doluşdu
Son xəbərlərDaha çox