Azedu.az

Alimlərdən maraqlı kəşf

Xəbərlər

7 Mart 2026, 15:39
Alimlərdən maraqlı kəşf

Propolis piylənmənin yaratdığı metabolik pozğunluqların simptomlarını yüngülləşdirə bilər.

AzEdu.az xəbər verir ki, bu barədə "Nutrients" jurnalında məqalə dərc olunub.

Alimlər propolisin tərkibindəki bioloji aktiv birləşmələrin antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğunu və maddələr mübadiləsinə təsir göstərə biləcəyini müəyyən ediblər.

Həkim-diyetoloq Darya Rusakova "RT"yə müsahibəsində propolisin və digər arıçılıq məhsullarının insan orqanizminə təsiri barədə danışıb. O bildirib ki, propolis həqiqətən də insan orqanizminə antibakterial, göbələkəleyhinə və iltihabəleyhinə təsir göstərən geniş çeşiddə bioloji aktiv maddələr ehtiva edir.

"Propolis yüksək antioksidant tərkibi sayəsində patogenlərlə mübarizə aparır, vaxtından əvvəl qocalma və iltihabla mübarizəyə kömək edir, hüceyrələrə zərər verən sərbəst radikalları neytrallaşdırır və bununla da müxtəlif xəstəliklərin riskini azaldır", - deyə Rusakova əlavə edib.

TƏCİLİ! Təbrizdə təxliyə başladı - Soydaşlarımız çıxarılır
Son xəbərlərDaha çox