Azedu.az

“Şagirdlərin Maliyyə Mühəndisliyi” qrant layihəsi çərçivəsində təlim uğurla davam etdirilir

27 Fevral 2026, 13:19
“Şagirdlərin Maliyyə Mühəndisliyi” qrant layihəsi çərçivəsində təlim uğurla davam etdirilir

Layihə çərçivəsində yuxarı sinif şagirdlərinin maliyyə savadlılığının artırılması, iqtisadi düşüncənin formalaşdırılması və maliyyə qərarlarının düzgün idarə olunması üzrə bilik və bacarıqlarının gücləndirilməsi məqsədilə xüsusi tədris proqramı həyata keçirilir.

AzEdu.az xəbər verir ki, bu məqsədlə şagirdlər pul haqqında əsas anlayışlar, pulun funksiyaları və istifadə sahələri ilə tanış olur, gəlir və xərclərin təhlili, ehtiyac və istəklərin fərqləndirilməsi üzrə praktiki məşğələlərdə iştirak edirlər.

Xatırladırıq ki, “Şagirdlərin Maliyyə Mühəndisliyi” qrant layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olub və Sarovlu kənd ümumi orta məktəbinin direktoru Günay Qasımova tərəfindən Goranboy rayonunun aşağıdakı məktəblərində həyata keçirilir:

Dəliməmmədli şəhər M. Zeynalov adına tam orta məktəb;

H. Cəfərov adına Quşçular kənd tam orta məktəb;

Faxralı kənd Teymur Sadıqov adına tam orta məktəb;

Sarovlu kənd ümumi orta məktəb.

Layihənin məqsədi şagirdlərin maliyyə bilik və bacarıqlarını artırmaq, iqtisadi düşüncə tərzini inkişaf etdirmək və maliyyə qərarlarını düzgün idarə etmə bacarıqlarını gücləndirməkdir.

SON DƏQİQƏ! Çeçen ordusu İran'a mı girecek? - Şok açıqlama
Son xəbərlərDaha çox