Azedu.az

16 yaşdan kiçiklər üçün sosial şəbəkə QADAĞASI

Xəbərlər

7 Mart 2026, 10:28
16 yaşdan kiçiklər üçün sosial şəbəkə QADAĞASI

İndoneziya hakimiyyəti 16 yaşdan kiçik vətəndaşlar üçün sosial şəbəkələrdən istifadəyə qadağa tətbiq edib.

AzEdu.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Məhdudiyyətlər 28 mart 2026-cı ildən qüvvəyə minəcək. Yeni qaydalara əsasən, 16 yaşdan kiçik uşaqların yüksəkriskli platformalardakı hesabları "YouTube", "TikTok", "Facebook", "Instagram", "Threads", "X", "Bigo Live" və "Roblox" kimi xidmətlərdə deaktiv edilməyə başlanacaq.

Qadağalar yalnız sosial şəbəkələrə deyil, həm də oyun platformalarına və elektron ticarət xidmətlərinə şamil olunacaq. 13 yaşdan kiçik uşaqlar üçün yalnız həmin yaş qrupu üçün xüsusi yaradılmış resurslardan istifadə mümkün olacaq.

13-16 yaş arası yeniyetmələrə isə aşağı risk səviyyəli xidmətlərdən yalnız valideynlərin razılığı ilə istifadə etməyə icazə veriləcək.

Qaydaların pozulması halında sanksiyalar birbaşa platformalara tətbiq ediləcək.

TƏCİLİ! Təbrizdə təxliyə başladı - Soydaşlarımız çıxarılır
Son xəbərlərDaha çox