Azedu.az

Universitetlərdə professor-müəllim heyətinin neçə faizi qadınlardan ibarətdir? – SORĞU

Xəbərlər

7 Mart 2026, 10:15
Universitetlərdə professor-müəllim heyətinin neçə faizi qadınlardan ibarətdir? – SORĞU

Sabah 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Qadınların hər bir sahədə olduğu kimi, təhsil sahəsində də rolu danılmazdır. Statistikaya nəzər salsaq, qadın müəllimlərin sayının kişi müəllimlərlə müqayisədə daha çox olduğunu görərik.

Maraqlıdır, universitetlərdə çalışan müəllim-professor heyətinin neçəsi qadınlardan ibarətdir?

Məhz Beynəlxalq Qadınlar Günü münasibətilə AzEdu.az ali təhsil müəssisələri arasında sorğu keçirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat xidmətindən  sorğumuza cavab olaraq bildirildi ki, universitetimizdə çalışan müəllim-professor heyətinin 79 faizi qadınlardan ibarətdir.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) verilən məlumata görə, universitetimizdə ümumilikdə çalışan 1800 nəfərə yaxın əməkdaşın 66 faizini xanımlar təşkil edir.

"894 müəllimin 542-si, yəni təxminən 61 faizi məhz xanımlardır.

UNEC-də fəaliyyət göstərən 447 fəlsəfə doktorunun 266-sı, yəni 60 faizi də qadın alimlərdir. Həmçinin, 13 dekanın  4-ü xanımdır. 14 kafedra müdüründən 5-i qadındır. 40 struktur bölmə rəhbərindən 14-ü xanımlardır. Elmi Şuranın 54 üzvündən 15-i də qadınlardır".

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətindən verilən məlumata görə, universitetin müəllim-professor heyətinin 83 faizini qadılar təmsil edir. 

Azərbaycan Universitetinin (AU) mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, universitetimizdə 185 qadın əməkdaşımız var. 

Azərbaycan Texniki Universitetindən (AzTU) sorğumuza cavab olaraq bildirilib ki, universitetimizdə çalışan müəllim-professor heyətinin 54 faizi qadınlardır. 

Polis Akademiyasından (PA) verilən məlumata görə, akademiyada xeyli sayda xanım əməkdaş var. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məlumatına görə, universitetdə ümumilikdə 958 xanım əməkdaş çalışır.

Bakı Dövlət Universitetindən (BDU) sorğumuza cavab olaraq bildirlib ki, universitetin müəllim-professor heyətinin 62%-ə qədərini qadınlar təşkil edir.

Bakı Mühəndislik Universitetinin (BMU) mətbuat xidmətindən bildirlib ki, hazırda Bakı Mühəndislik Universiteti əməkdaşlarının 48 faizini qadınlar təşkil edir.

 

TƏCİLİ! Təbrizdə təxliyə başladı - Soydaşlarımız çıxarılır
Son xəbərlərDaha çox