Azedu.az

Sahibsiz itlərin hücumuna məruz qalan uşaq yaralanıb

Xəbərlər

7 Mart 2026, 09:38
Sahibsiz itlərin hücumuna məruz qalan uşaq yaralanıb

Türkiyənin Kütahya şəhərində məktəbdən evə qayıdan 9 yaşlı uşaq sahibsiz itlərin hücumuna məruz qalaraq yaralanıb.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, Turgut Özal İbtidai Məktəbinin şagirdi F.A. məktəbdən evə qayıdarkən çox sayda sahibsiz itin hücumuna məruz qalıb.

Ətrafdakı vətəndaşların müdaxiləsi ilə xilas edilən uşaq təcili yardım vasitəsilə Kütahya Şəhər Xəstəxanasına aparılıb və ona tibbi yardım göstərilib.

Uşağın atası Mehmet A bildirib ki, məhəllədə sahibsiz itlərin sayı çoxdur.

Onun sözlərinə görə, oğlu məktəbdə əlavə məşğələdə qaldıqdan sonra evə tək qayıdarkən təxminən 8 itin hücumuna məruz qalıb.

“İtlər az qala uşağımı parçalayacaqdı. Hadisəni görən bir nəfər çətinliklə itləri uzaqlaşdıraraq onu xilas edib və təcili yardım çağırıb. Uşağımın ombasının aşağı hissəsində təxminən 5 santimetr dərinliyində yara var. Ona quduzluq əleyhinə peyvənd vuruldu, yarası sarındı və evə buraxıldı. İt dişləməsi olduğu üçün tikiş qoyula bilməyəcəyini dedilər”, – deyə ata bildirib.


 

TƏCİLİ! Təbrizdə təxliyə başladı - Soydaşlarımız çıxarılır
Son xəbərlərDaha çox