İndoneziyada 16 yaşdan aşağı uşaqların sosial media platformalarında hesab açması qadağan edilib.
AzEdu.az xəbər verir ki, bununla bağlı qərarı ölkənin Rabitə və Rəqəmsal İşlər naziri Meutya Hafid imzalayıb.
Nazirin açıqlamasına görə, yeni qayda 16 yaşdan aşağı istifadəçilərin “yüksək riskli rəqəmsal platformalarda” hesab yaratmasının qarşısını almağı nəzərdə tutur.
Qadağanın tətbiq ediləcəyi platformalar arasında YouTube, TikTok, Facebook, Instagram, Threads, X və Roblox da var. Bildirilib ki, yeni qaydanın tətbiqinə 28 mart tarixindən etibarən mərhələli şəkildə başlanılacaq.
Meutya Hafid qərarın məqsədinin uşaqları onlayn təhlükələrdən qorumaq olduğunu bildirib. Onun sözlərinə görə, uşaqlar internet mühitində kiberzorakılıq, onlayn fırıldaqçılıq və sosial media asılılığı kimi risklərlə daha çox üzləşirlər.