Azedu.az

Abşeronda iki günlük körpə ölüb

Xəbərlər

5 Mart 2026, 16:27
Abşeronda iki günlük körpə ölüb

Abşeronda iki günlük körpə ölüb.

AzEdu.az xəbər verir ki,hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Xəstəxanadan sorğuya cavab olaraq bildirilib ki, 1981-ci il təvəllüdlü qadın martın 2-si saat 12:30 radələrində tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, pasiyent dölyanı mayenin axması ilə və doğuş fəaliyyətinin başlanması fonunda, uşaqlıq boynunun 3 sm açılışı ilə şöbəyə qəbul edilib. Həmin gün hamiləliyin 36-cı həftəsində 5-ci hamiləlik, 3-cü doğuş olaraq operativ üsulla vaxtından əvvəl doğuş həyata keçirilib.

Yenidoğulan körpə kişi cinsli olub, doğuş zamanı çəkisi 3 400 qram təşkil edib. Körpənin Apgar göstəricisi 7/8 bal olub. Yenidoğulana ilkin olaraq respirator distress sindromu (RDS) diaqnozu təyin edilib və vəziyyətinə uyğun olaraq həkimlərin nəzarəti altında müvafiq tibbi yardım göstərilib.

Müalicə prosesi zamanı körpədə pulmonar hipertenziya və sonradan ağciyər qanaxması qeydə alınıb. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, körpənin 04.03.2026-cı il tarixində saat 19:40 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Zəruri tibbi xidmətlər göstərilən zahı qadının isə vəziyyəti stabil qiymətləndirilib və 04.03.2026-cı il tarixində saat 21:30 radələrində ambulator müalicə üçün evə buraxılıb.

Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq!
Son xəbərlərDaha çox