Türkiyənin Diyarbakır şəhərində parkda baş verən hadisə nəticəsində iki qız uşağı yaralanıb.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, parkda oynayan iki qız uşağı əllərində olan helium qazı ilə doldurulmuş şarlara alışqan tutub. Bu zaman şarlar partlayaraq uşaqların üz nahiyəsində yanıq xəsarətlərinin yaranmasına səbəb olub.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralılara ilkin tibbi yardım göstərib. Daha sonra uşaqlar xəstəxanaya aparılaraq müalicə altına alınıb.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.