Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-14 16:43:00
Dünyanın ən qeyri-adi kitabxanası – Ağac oyuğunda qiraət - FOTOLAR  

İnsanların öz şəxsi kitabxanalarını yaratmağa həvəsləndirən “Little Free Library” adlı təşkilat 2011-ci ildən etibarən, bir sıra kiçik, amma yaradıcı məhəllə kitabxanaları yaradıb. 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu kitabxanalardan biri də Amerikanın İdaho ştatında yerləşir. 

“Ağac Kitabxanası” adlanan bu maraqlı yeri yerli bir ailə 100 illik qovaq ağacının içini oyaraq yaradıb. 

Kitabxana ev formasında dizayn edilib, çölündə işıqlandırma və rahat şərait var. Eyni zamanda, hava şəraitindən asılı olaraq yağıntılardan qorunmaq üçün ağacın içinə dam da yerləşdirilib.

AzEdu.az kitabxananın fotolarını təqdim edir:


Rəna Nəbi