Azedu.az

Naxçıvan Dövlət Universitetində dərslər davam edir

Xəbərlər

5 Mart 2026, 13:29
Naxçıvan Dövlət Universitetində dərslər davam edir

5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.

Bir dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Bundan sonra sosial şəbəkələrdə Naxçıvan Dövlət Universitetində tədris prosesinin dayandırıldığı ilə bağlı iddialar yayılıb.

AzEdu.az məsələ ilə bağlı Naxçıvan Dövlət Universiteti ilə əlaqə saxlayıb.

Universitetdən verilən məlumata görə, tədrisin dayandırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib və dərslər normal qaydada davam edir.

“Tədris prosesinin dayandırılması ilə bağlı heç bir qərar verilməyib. Hazırda dərslər normal qaydada davam edir", - deyə bildirilib.

SON DƏQİQƏ! İran Naxçıvanı vurdu - Gündəm Masada
Son xəbərlərDaha çox