Azedu.az

Bakalavr təhsili 3, magistratura 1 ilə endirilsin - TƏKLİF

Xəbərlər

5 Mart 2026, 13:13
Bakalavr təhsili 3, magistratura 1 ilə endirilsin - TƏKLİF

Milli Məclisdə uzun müddətdir müzakirə olunan “Ali təhsil haqqında” qanun layihəsinin bu il də qəbulu gözlənilmir.

AzEdu.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə Modern.az-a müsahibəsində qanun layihəsinin taleyindən danışıb.

““Ali təhsil haqqında” qanun layihəsi parlamentin gündəliyinə daxil edilməyib. Sonuncu dəfə VI çağırışda müzakirə edilib və həmin müzakirələrdə ekspert kimi iştirak etmişdim. Həmin qanun layihəsində müsbət məqamlar çox idi. Məsələn, bakalavr təhsilinin 3, magistratura təhsilinin 1 ilə endirilməsi, idarəetmədə müxtəlif çevikliklər, yeni ixtisasların yaradılması kimi bir sıra vacib məsələlər öz əksini tapmışdı. Amma nə üçün qəbul edilmədiyini, sözün açığı, bilmirəm. 

Ümumilikdə desək, məncə, bu qanunun qəbuluna ehtiyac var, çünki cəmiyyət, dünya dəyişir. Yeni qanunda mən hətta universitetlərə daha çox muxtariyyətin verilməsinin, onların daha çevik ixtisas yarada bilməsinə şərait yaradılmasının tərəfdarıyam. Eləcə də ali təhsil müəssisələrinin tələbə transfer etməsinin, o cümlədən tələbələrin bir fakültədən digərinə keçirilməsi prinsiplərinin sadələşdirilməsi zəruridir. Bir sözlə, hazırda belə bir qanuna ehtiyac var. Bu baxımdan, gərək biz bu qanun layihəsini hazırlayaq. Universitetlərdə standart 4 və ya 5 il bir sahədə ixtisaslaşmaq, oxumaq təcrübəsi artıq sıradan çıxır. Bəzən görürsən ki, sən hansısa bir ixtisasda təhsil almağa başlayırsan, amma 10 il sonra həmin ixtisas sıradan çıxır. Bu səbəbdən, daha mobil, çevik proqramlar, onlayn və distant resursların istifadəsindən yararlanmaq lazımdır. Biz görürük ki, kurikulum belə universitetlərdə bu çevikliyi yarada bilmir”. 

SON DƏQİQƏ! İran Naxçıvanı vurdu - Gündəm Masada
Son xəbərlərDaha çox