İranın Naxçıvana dronla hücum etməsindən sonra sosial mediada Naxçıvan məktəblərində dərslərin dayandırıldığı, şagird və müəllimlərin təxliyə olunduğu ilə bağlı məlumatlar yayılıb.
AzEdu.az məsələnin doğruluğunu dəqiqləşdirmək üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirlikdən bildirilib ki, yayılan məlumatlar əsassızdır.
"Hazırda məktəblərdə dərslər normal qaydada davam edir və heç bir yaralanan yoxdur. Yalnız bir neçə valideyn təşvişə düşərək övladını dərsdən götürüb", - deyə qeyd olunub.
Qeyd edək ki, 5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb