“Əsas olan innovativ düşüncədir. Ona önəm verin. Çünki sizin kimi gənc insanlar böyük uğurların müəllifi ola bilərlər”.
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib.
“Məsələn, Steve Jobs və Steve Wozniak gənc yaşlarında qarajda başlayaraq Apple şirkətini qurdular. Onlar kimsədən böyük dəstək almadan, fərqli düşüncə və ideyalarla yola çıxdılar və bu gün Apple dünyanın ən böyük şirkətlərindən biridir.
Eyni şəkildə Mark Zuckerberg gənc yaşında Facebook sosial şəbəkəsini yaratdı. O, 23 yaşında dünyanın ən gənc milyonerlərindən biri oldu və qısa müddətdə böyük uğur qazandı.
Bütün bunlar göstərir ki, yaş uğur üçün maneə deyil. Əsas olan ideya, cəsarət və innovativ yanaşmadır. Gənclik düzgün istiqamətləndiriləndə böyük nəticələr verə bilər”.