Bu il erkən evliliklə bağlı 3 məlumat daxil olub.
AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Xaçmaz rayonundan erkən evliliklə bağlı fevral ayında daxil olmuş məlumat əsasında erkən evliliyin qarşısı alınıb.
Məlumata görə, bu il Goranboy və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzində də 2 erkən evlilik faktı üzrə müraciət qeydə alınıb. 1 müraciət üzrə erkən evlilik faktı qeydə alınmayıb, 1 faktın qarşısı alınıb.
Bundan əlavə, məişət zorakılığı üzrə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinə 2 müraciət daxil olub, bir nəfər zərərçəkənə (qadına) mühafizə orderi verilib. 1 nəfər uşağa isə müvafiq izahat verilib.